Yox yerdən möhtəşəm dünya qurmusan,
Zalımların bəd işini burmusan.
Hamımızın köməyində durmusan,
Yenə düşmən ilə doludur sağ-sol,
Ya İlahi, özün bizə kömək ol.
Zülmət dünyamıza işıq saçarsan,
Yalandan, riyadan uzaq qaçarsan.
Bağlı məkanları üzümə açarsan,
Dərgahına uzanıbdır qoşa qol,
Ya İlahi, özün bizə kömək ol.
Uzaqlara uçmayır leyim mənim,
Bir kimsədən yoxdur gileyim mənim.
Belə yazılıbdır taleyim mənim,
Şeir oynar həyatımda əsas rol,
Ya İlahi, özün bizə kömək ol.
Bir kimsəyə aldanmadım, enmədim,
Şair oldum, alovlandım, sönmədim.
Nə cahilə, nə kafirə dönmədim,
Göstər mənə qaranlıqda nurlu yol,
Ya İlahi, özün bizə kömək ol.
Qəlbimə əbədi həkk olub adın,
“Ana” adı ilə ucalar qadın.
Əsiriyəm bir arzunun, muradın
Çiçək açsın hər qurumuş ağac, kol
Ya İlahi, özün bizə kömək ol.
Hərdən soyuq əsir cənub küləyim,
Məndən uzaq gəzir ilham mələyim.
Ürəyimdə qalır arzu-diləyim,
Nədən belə sevincim az, qəmim bol,
Ya İlahi, özün bizə kömək ol.
Mən görmüşəm ayrılığın dadını,
İnsanların doğmasını, yadını.
Ürəyimə həkk etmişəm adını,
Dirilik suyu tək damarıma dol,
Ya İlahi, özün bizə kömək ol.
Kayıt Tarihi : 8.8.2020 11:05:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/08/08/bize-komek-ol.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!