Az müddət keçib aradan,
Belə yazıbmış Yaradan.
Bir xəbər ver o dünyadan,
Hava isti, ya soyuqmu.
Sözünün üstündə durdun,
Özünə daş koma qurdun.
Ürəyimə yara vurdun,
Yeri girdə bir oyuqmu.
Həsrət qara işıq saçır,
Hicran ona baca açır.
Hamı düzdən uzaq qaçır,
Ey Allahım, biz buyuqmu?
Kayıt Tarihi : 9.5.2020 08:57:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/05/09/biz-buyuqmu.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!