İnsanı aldadar elə insanlar…
Şeytanın yerdəki tələsiyik biz…
Kənarda axtardıq günah, nöqsanlar,
Bilmədik günahlar şələsiyik biz….
Hər dəfə düz olmaz getdiyin yollar…
Hamısı yerinə yetməz xəyallar….
Tapılmaz, cavabsız qalar suallar,
Cavabsız sualın niyəsiyik biz…
Yerinə qəm gəlir sevinc ötüncə,
Hər gələn heyy vurur gücü yetincə,
Görən bundan sonra ömür bitincə
Daha neçə dəfə öləsiyik biz….
İnsanın yaşamaq həvəsi ölür,
Nə vaxt düzələcək , bir Allah bilir…
Dərdin biri gedir, o biri gəlir,,,
Bəs nə vaxt ürəkdən güləsiyik biz?
Allah hüzuruna çıxarar səni…
Səndən sorğulayar olub-bitəni…
Bilmədən vicdana düşən ləkəni
Bəs necə ağardıb siləsiyik biz?
Canın sağlığıdı əsas ömürdə,
Biz malı seçirik can olan yerdə…
Elə yaşayırıq…elə bil bir də
doğulub dünyaya gələsiyik biz…
Kayıt Tarihi : 5.1.2025 18:13:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!