Sevdalı baxışlar qəfil görüşdü ,
Həsrət vüsal ilə göydə döyüşdü.
Qəlbimə sevginin toxumu düşdü,
Könlümdə çiçək tək bitdi məhəbbət.
Məni ağıllıdan ağıllı etdi,
Ömrümü sehirli, nağıllı etdi.
Bəs nədən sonunda paxıllıq etdi,
Həsrətin kamına yetdi məhəbbət.
Oxşatma gəl gülüm,xəzələ məni,
Bənzət həzin şeirə,qəzələ məni.
Uyaraq başqa bir gözələ ,məni
Dünyada tək qoyub getdi məhəbbət.
Məni Qeys Leylisi etdi məhəbbət.
Kayıt Tarihi : 30.6.2018 17:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!