Nəğmələr gül dəstəsi,
Olmuşduq gül xəstəsi.
Hər mahnısı, bəstəsi,
Dillərdə əzbər vardı.
Bir Tahir Əkbər vardı.
Balaca yuvasında,
Günəşin şüasında,
Tanrıya duasında
“Allahu Əkbər” vardı.
Bir Tahir Əkbər vardı.
Yaratmaq həvəsində,
Atəşin nəfəsində.
Onun hər nəğməsində,
Müşk vardı,ənbər vardı.
Bir Tahir Əkbər vardı.
Hər üzüyün öz qaşı,
Sən də şair, söz daşı.
Gözlərimdə göz yaşı,
Qəlbimdə qəhər vardı.
Bir Tahir Əkbər vardı.
Sevinc, fərəh gözəl dad,
Kimlər isə ona yad.
Almasa da fəxri ad,
Könlündə səhər vardı.
Bir Tahir Əkbər vardı.
Qalmasın qəlbdə dilək.
Yaxşının qədrin bilək.
Gedəndə son mənzilə
Qoşa daş minbər vardı.
Bir Tahir Əkbər vardı.
Yaşadacaq qız balan,
Bəstələrinə dalan.
Səndən geriyə qalan,
Vəfalı dilbər vardır.
Bir Tahir Əkbər vardı.
Kayıt Tarihi : 1.5.2022 15:29:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!