Bir de Ay Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bir de Ay

O nədir ki gecə-gündüz yatmayar,
Rəvayət çox,heç ağıla batmayar.
Bu dünyada insan əli çatmayan,
Bir Günəşdir,bir ulduzdur,bir də Ay.

Bəlkə daha nurlu imiş öncələr,
Bilirsənmi harda yatıb dincələr.
Həmdəmimdir ol qaranlıq gecələr,
Gah aypara,gah da olar girdə Ay.

Al günəşdən qara işıq saçılmaz,
Nə taledən.nə qismətdən qaçılmaz.
Neçə-neçə əsr keçsə açılmaz,
Gizlənibdir bulud kimi sirrdə Ay.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 16:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu