Dünyanı kədərin alqışı tutmaz.
Vaxtından tez yağan qar qışı tutmaz,
Deyirlər ananın qarğışı tutmaz,
Heç qarğış edə də bilmərəm sənə.
Atəşin ocaqdım, sönüb qalmışam,
Bax, bumbuz heykələ dönüb qalmışam.
Onsuz da qüssədən donub qalmışam,
Şaxtada gedə də bilmərəm sənə.
Sevinc bir, kədərsə min bölük olar,
Son sözü söyləyən bir böyük olar.
Bilirəm, çiyninə ağır yük olar,
Haqqımı ödədə bilmərəm sənə.
Kayıt Tarihi : 9.10.2018 15:02:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!