Bezen şeirler de vefasız olur

Habil Yaşar 2
19

ŞİİR


0

TAKİPÇİ

Bezen şeirler de vefasız olur

Bəzən şeirlər də vəfasız olur
Və bəzən
Adamlar kimi
Şeirlər də vəfasız olur.
içimdəki
quraqlıqlara səbəbkar
zamanında yağmayan
yağışlar kimi.
Yazmaq istəyirəm
dişimi dişimə sıxıb,
gecəmə haram qatıb,
dördcə misra nədi ki...
o da gəlmək istəmir.
görünür acılarım,
dördcə misraya dəymir...
Sözlərlə oynayıram,
nazlarını çəkirəm.
yalnız yaradan bilir,
yazanda nə çəkirəm.
İnciyirəm, küsürəm,
yazmadığm şeirdən.
bəzənsə əl üzürəm,
ilhamın gəlişindən.
Qırılanda ümidlər,
tükənəndə səbrim.
O günlərin birində
yazılır şeirlərim,
ömrümə ömür qatır,
şeir yazan günlərim.

Habil Yaşar 2
Kayıt Tarihi : 2.2.2019 21:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Habil Yaşar 2