Belə qəmli dayanma!
Axı sənə yaraşmır.
Gedirəmsə qoy gedim!
Kirli əllər,
Tələlər,
Qaranlıq sabahlar,
Min bir izli küçələr,
Axı məni gözləyirlər.
Belə qəmli dayanma !
Yoxsa gedə bilmərəm ,
Tez unuda bilmərəm.
Məndə günah axtarma !
Öyrəşmişəm aldanmağa
Atanlara,satanlara
İki üzlü sırtıqlara
Belə qəmli dayanma !
Heç mənidə qınama
Darıxmışam onlarçün
Mənə yaman əzizdilər
Pislikləri,kələkləri
Çox işləyib qanıma.
Belə qəmli dayanma!
Aysel Novruzzade
Kayıt Tarihi : 26.4.2018 02:15:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Aysel Novruzzade](https://www.antoloji.com/i/siir/2018/04/26/bele-qemli-dayanma.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!