Canlıların ən gözəli bu imiş,
Bəyaz libas geyinən quş qu imiş.
İnsan ömrü bircə damcı su imiş,
Oksigendən, haşdan yarat, İlahi.
Təmizlənsin Araz lildən, nə olar
Əskilməsin dua dildən, nə olar.
Bir az da qat qumdan, gildən, nə olar,
Demirəm ki daşdan yarat, İlahi.
Günəş nuru bizə Tanrının payı,
Gecə üçün bəxş etdi ulduz-ayı.
İl ötdükcə azalmayır heç sayı,
Təəssüfdən, kaşdan yarat, İlahi.
Rast gəlməyim qar-çovğuna, sazağa,
Düşməyim heç nə tələyə, duzağa.
Baxışlarım dikilsin qoy uzağa,
Bir cüt gözdən, qaşdan yarat, İlahi.
Əskik etmə iradəmi, dözümü,
Alışdıra biləydim kaş közümü.
Bəyənmirəm daha özüm-özümü,
Gəl sən məni başdan yarat, İlahi.
Kayıt Tarihi : 7.5.2025 06:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!