Başdan atammadıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Başdan atammadıq


Tanrı salmaz bizi yada,
Qəm-kədər həddən ziyada.
Vüsal atlı, biz piyada
Qaçdıqsa da çatammadıq.

Gülüm, sil gözün yaşını,
Qüssədən çatma qaşını.
Hamərd hicranın başını,
Daş-qaşla da qatamaddıq

Ayrılıq-kədər dənizi,
Tez soldurar gül bənizi.
O qədər üzdü qəm bizi,
Şirin röya yatammadıq.

Sevgim atəş közlü imiş,
Ürəyim şeir-sözlü imiş.
Vüsal gölü duzlu imiş,
İstəsək də batammadıq.

Gülüm, bu vaxtsız sevdanı,
Qızıldan taxtsız sevdanı,
Bizim tək baxtsız sevdanı,
Niyə başdan atammadıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:44:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu