Üzlü qonaq oldu bu il Karona,
Neçə milyon insan yoluxdu ona.
İnşaAllah, gələn il yetişər sona,
Salamat yaşayar hər nəfərimiz.
Şir kimi vuruşdu igidlərimiz,
Qələbə əzminə şahidlərimiz.
Ilin kədər payı şəhidlərimiz,
Ilin sevinc payı bal zəfərimiz.
Bizim həyatımız dalğalı dəniz,
Hər dalğa ömürdə qoyar neçə iz.
Artıq yeni ilə addımlarıq biz,
Fərəhə yar olsun bu səfərimiz.
31.12.2020
Kayıt Tarihi : 5.1.2021 16:25:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/01/05/bal-zeferimiz.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!