Kəhər-kəhər atlayacaq yer üzü,
Sünbül-sünbül çatlayacaq yer üzü.
Dağılacaq,partlayacaq yer üzü,
Minalanmış bir sahəyə düşmüşəm.
Qara sevda dedikləri de,bumu
Ürəyimə səpdi kədər toxumu.
“Hicran,hicran”-deyir hər sarı qumu,
Möhnət adlı gen sahəyə düşmüşəm.
Təkcə sənin taleyinə yazılam.
Könlünün bir guşəsinə cızılam.
Ən qiymətli,min əyarlı qızılam,
Ucuz idim,çox bahəyə düşmüşəm.
Kayıt Tarihi : 20.6.2018 15:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!