Qurum duzaq, getməyəsən
Olum üzağ, getməyəsən.
Məndən uzaq getməyəsən,
Yollarında tilsim olum.
Çəkmə şeytan misalını,
Ayrılığın timsalını.
Əsirgəmə vüsalını,
Qoyma hicrə təslim olum.
Çınqılla dolu kənarı,
Varmı bu yolun hamarı?
Ürəyinin şah damarı,
Kamanında tel, sim olum.
Indi bax, qürbət nə imiş,
Acılı şərbət nə imiş.
Qaranlıq həsrət nə imiş,
Şirin-şəkər vəslin olum.
Soyuq külək, ayazdansa,
Xışıltılı avazdansa,
Sarı yarpaq payızdansa,
Yaşıl bahar fəslin olum.
Kayıt Tarihi : 7.1.2023 18:50:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!