Badi-seba Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Badi-seba

Həsrətin acısı dərinə dolur,
Görüşdən ötən il qərinə olur,
Bilirsən nə yaman qəribə olur,
Şirin duyğuların acı havası.

Ən gözəl sevgili-yalnız Anadır,
Dünya bir yanadır, o bir yanadır.
Fərəhin bağlıdır qolu-qanadı,
Həsrətdən oxuyur qəmin nəvası.

Vüsalın ömürü gülüm, bir anlıq,
Hicranın baxçası yamanviranlıq .
Gündüzü gecə tək zülmət qaranlıq,
Qəmginlik gətirir badi-səbası.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.6.2021 06:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu