Sənsiz üsyan eyləyərəm susmağımla,
Əcəl gələn gizli yolu pusmağımla.
Dodağımı bərk-bərk tikib ürəyimdə,
Sapını da möhkəm çəkib ürəyimdə
Danışacam özüm ilə.
Təkcə məni yandıracaq gülümsəyən közüm elə.
Kimsə mənə “döz” deməsin,
Ürəyimə toxunacaq söz deməsin.
Addımımı atacağam iri-iri,
Aman külək, kiri-kiri.
Eşidim azan səsini,
İlahinin lütf eyləyib göndərdiyi
Yanıqlı təranəsini.
Kayıt Tarihi : 29.4.2018 16:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!