Ayrılıq odunda Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ayrılıq odunda

Könlün dediyini qismət etməmiş,
O qədər aşiqlər kama yetməmiş.
Hələ qulağımdan səsin getməmiş,
Günlər xatirəyə dönər bir anda.

Arzu bulağından kimlər su içib,
Murada çatmaqçun nələri seçib?
Geriyə baxıram, neçə il keçib,
Atını dördnala çapar zaman da.

Yenə də Şimaldan küləklər əsər,
Şaxta qılınc kimi adamı kəsər.
Hicran həsrət ilə vəslə tələsər,
Ayrılıq odunda inlər kaman da.
23.02.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu