Aşiq şirin xəyallara dalsa da,
Ilk görüşü anıb yada salsa da,
Vüsalının odu qəlbdə qalsa da,
Həsrətinin yeri yaman ağrıdır.
Belə yazıb taleyimi Yaradan,
Dərd köynəyin biçməyibdir xaradan.
Dünya boyda məsafə var arada,
Ilk məhəbbət-son məhəbbət ayrıdı.
Xəfif əsən mehi qaldı könlümdə,
Yeddi rəngli zehi qaldı könlümdə.
Özü getdi,ruhu qaldı könlümdə,
Əbədilik bu dünyadan ayrıldı.
Kayıt Tarihi : 19.6.2018 08:18:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/19/ayrildi-6.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!