Ilahi, mənim şən zülümümü gör
İlahi, mənim tən bölümümü gör.
İlahi, mənim sən ölümüm gör,
Ilahi, sən məni ayağa vermə.
Duzumu az elə, şit olub gəzim,
Kimsəyə hürməyən it olub gəzim.
Ipək yox, sadə, ağ çit olub gəzim,
Ilahi, sən məni boyağa vermə.
Yazıq vüsalımın xarı qorxulu,
Yağır ayrılığın qarı qoxulu.
Qoy olsun həmdəmim yarıyuxulu,
Ilahi, sən məni oyağa vermə.
Kayıt Tarihi : 2.7.2021 18:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!