Avtomat telefon Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Avtomat telefon

Bir zaman bəzəyərdi,
Bizm də küçəmizi,
Kamına, çatdırardı,
Ilahi, neçəmizi...

Iki qəpik atardıq,
Danışardıq doyunca.
Sevincinə batardıq,
Eləcə gün boyunca.

“Nə var, nə yox” –deyərdik,
Bəzən salam yerinə.
Özümüzü öyərdik,
Söhbət-kəlam yerinə.

Sanardıq bizi görür,
Danışdığımız adam.
Hərflərdən söz hörür,
Tanışdığımız adam.

Indi mobil telefon,
Əvəz edibdir onu.
Arxasında qara fon,
Beləcə gəldi sonu...

Sevinc Arzulu
Kayıt Tarihi : 12.3.2020 14:14:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu