Yenə gəldin, avqust ayım,
Taleyimdən gələn payım.
Sən qismətim, sən qədərim,
Sən sevincim,sən kədərim.
Yalan dünyaya göz açıb,
Doğulmuşam bu ayda mən,
Həsrətin əlindən qaçıb,
Boğulmuşam bu çayda mən.
Səndə itdi sevdiklərim,
Neynədin ki sən onları,
Çəndə bitdi sevdiklərim.
Alıb getdi çən onları.
Uyul ayı sənə qədər,
Alıb apardı atamı.
Sən gətirdin mənə kədər,
Sən apardın qaynatamı.
Itirmişəm səndə inan,
Neçə-neçə əzizimi.
Məni tənha qoydu anam,
Qaraladı dənizimi.
Daha mənə kədər vermə,
Yaxşı günlərim bol olsun.
Qismətimi hədər vermə,
Tanrıya gedən yol olsun...
Kayıt Tarihi : 1.8.2020 19:44:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/08/01/avqust-ayi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!