Qəlbimi qan eylədin ki.
Sən əzəldən böylədin ki,
Elə sözlər söylədin ki,
Alt-üst etdin düşüncəmi,
Qərarını sərt verirsən,
Dayanıram pərt, verirsən.
Hər gün təzə dərd verirsən,
Nə olar, ki düşün cəmi.
Dəli könül qəhərləndi
Duyğularım kəhərləndi.
Ayrılıq tez yəhərləndi,
Vüsal atdan düşüncəmi.
Kayıt Tarihi : 1.09.2026 06:05:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!