Indi mənim göz yaşlarım qurumaz,
Göy sulara axsa da heç durulmaz.
Zalım fələk nələr edib, İlahi,
Cavanlığım əldən gedib,İlahi.
Sözlərimin hanı gücü-qüvvəti,
Bu dünyanı fəth eləmək qüdrəti.
Addımlarım getdikcə aram olar,
Ayrılıqla yaşamaq haram olar.
Dərd gətirər ildırımın çaxması,
Ay nurunun qəmli-qəmli baxması.
Ildırımın işığında görünnəm,
Gündüzləri ağ duman bürünnəm.
Istəyimi reallaşdır, acıt sən,
Qəm-kədəri başım üstdən qaçırt sən.
Təbəssümüm daha qonmaz varağa,
Xatirələr həsrət qalar marağa.
Duyğuları külək alıb aparar,
Qayğılarım yaman tufan qoparar.
Hər birisi bir ilana dönər hey,
Bəxt ulduzum gah yanıb, gah sönər hey.
Dillənməsən, baxışlarım səngiyər,
Boz həsrətdən nəfəsim də təngiyər.
Nə vaxt görən dərd-ələmin yatacaq,
Qızılgülə söz qələmim batacaq.
Ayrılıqdan sapsarı don geymişəm,
Ağ həsrəti yalın əllə döymüşəm.
Yaman qaçıb gözlərimin yuxusu,
Burnumdadır sevdalımın qoxusu.
Bu qoxunu kim itirə bilər ki,
Göz yaşları gül bitirə bilər ki?...
Addımlarım möhkəm olmaz bir daha,
Dərddən qaçıb sığınacam Allaha.
Qadir Allah, duaları qəbul et,
Əlini çək başımaca, sonra get.
Təkcə mənəm arzuların pənahı,
Baş tutmasa yox ki mənim günahım.
23.05.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 29.5.2019 11:19:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/05/29/arzularin-penahi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!