Arzu ve dilek Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Arzu ve dilek

Eh, ayrılıq yaman acı,
Alıb atar başdan tacı.
Mən vüsalın ehtiyacı,
Sən həsrətin qəm küləyi.

Yenə qara plan qurub,
Vüsalın işini burub.
Hicran ilə bəhsə durub,
Necə aldadaq fələyi.

Sevməyirəm qarı-qışı,
Nə naləni, nə qarğışı.
Mən yazın ilk qaranquşu,
Sən dünyanın saf mələyi.

Həm narazı, həm də küskün,
Görünər yazıq və miskin.
Üstümüzə tökər çiskin,
Bu rəqibin son kələyi.

Okeanda cüt qayığıq,
Dalğa önündə sayıyıq.
Zəmanənin övladıyıq,
Mən arzusu, sən diləyi.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.09.2026 05:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!