Vüsalmı hicrin əlacı,
Hicran həsrətin baş tacı.
Çəkdiyim iztirab, acı,
Səndən sonra artdı yaman.
Sərhədləri aşan görüb,
Sahilini daşan görüb,
Fərəhimi coşan görüb,
Qəm özünü dartdı yaman.
Səhraya meşə yaramır,
Bir dilbər guşə yaramır.
Ayrılıq işə yaramır,
Qocalıbdır, qartdı yaman.
27.03.2019
Kayıt Tarihi : 3.4.2019 17:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!