Təbiət necə də ürək sıxmasın?
Meşənin evini insan yıxmasın.
Tüstüsü zirvəyə çıxsın, çıxmasın
Qalmışam quruyla yaş arasında.
Ümidlər calansın hər zaman xeyrə.
Çalış, düşməyəsən özgə bir meylə.
Dünyada hər zaman yaxşılıq eylə,
Eh, ölüm göz ilə qaş arasında.
Sevənlər məhəbbət önündə laldır,
Ilk görüş əlçatmaz dadlı xəyaldır.
Ayrılıq ya vüsal? Çətin sualdır,
Deyim, qalmayasan kaş arasında.
30.11.2017
Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:18:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/29/arasinda-19.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!