O tayda sən, bu tayda mən,
Parçalanıb ana vətən.
Xəzərimin ürəyi qan,
Yaş tökülür dalğalardan.
O anlayır ikimizi,
Duya bilir qəlbimizi.
Dili olsa danışardı,
Bir az başı qarışardı.
Xəzərimin dərdi böyük,
Bitmək bilmir bu boyda yük.
Sinəsində min həyəcan,
Atəşi var acılardan.
O tayda sən, bu tayda mən,
Həsrət çəkir qovuşmağa
Ana vətən! Ana vətən!
Kayıt Tarihi : 2.2.2019 21:17:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!