Ana veten Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ana veten

Hərəsinin öz ətri var, öz rəngi,
Nə ətrindən, nə rəngindən doymarıq.
Birlikdədir gücümüzün ahəngi,
Vətən, səni xar cəngində qoymarıq.

Sona yetib,şükür sənin işğalın,
Qayıtmışıq biz əvvəlki zamana.
Əskik olmaz başımıza sığalın,
Can vermərik müxənnətə, yamana.

Vətən, sənin hər qarışın müqəddəs,
Torpağına baş əyməyən canidir.
Qulağımdan çəkilməyir bircə səs,
Ana Vətən.Başqa hər şey fanidir.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.5.2022 15:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu