Yolumuzu ayrılıqdan salmışıq,
Oyununa aldanıb əl çalmışıq.
Onunçun da ortalıqda qalmışıq.
Qismətimiz nə gündüzdür, nə gecə.
Ətirini yayanda qızılgüllər,
Nəğməsini oxuyar ol bülbüllər.
Gözümüzü örtdü qalın boz tüllər,
Seçəmmədik aydınlığı biz necə.
Lalə bitib göy çəməndə dizincə,
Sis sürünər ləpirincə, izincə.
Gəl görüşək sənin ilə gizlincə.
Almayaq biz özgələri heç vecə.
Kayıt Tarihi : 26.5.2022 07:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!