Nədən,dostum,məhəbbətin dili pəltək,
Qarşısında arı ilə dolu pətək.
Ürəyimi elə sıxır məngənə tək,
Üzür məni ayrılığın al libası.
Bəxt-taleyin daş qayaya qazılıbdır,
Bilmədiyim simvollarla yazılıbdır.
Acı-acı göz yaşından pozulubdur,
Oxunmayır vüsalının əlifbası.
Baxçamızda qalmayıbdır gül izi də,
Görünməyir günəşinmin gül üzü də.
Qaranlığa qərq eyləyir gündüzü də,
Qapqaradır həsrətinin tül siması.
Kayıt Tarihi : 14.07.2026 06:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!