Al lalasında Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Al lalasında

Adın qəlbə həkk yaşadım,
Vəslə etdim şəkk, yaşadım.
Sən tez getdin, tək yaşadım,
Qurduğun qəm qalasında.

Ayrılığın fərqindəsən,
Göy suların qərqindəsən.
Sən hicranın dərdindəsən,
Mən həsrətin bəlasında.

Qəmin üzün yuyuram mən,
Qucağında uyuram mən.
Bir qəriblik duyuram mən,
Çəmənin al lalasında.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu