Bülbül uçub gülə gəlib,
Göz yaşını silə gəlib.
Ürək çoxdan dilə gəlib,
Könül də çağlar eşqinə.
Ərköyünləşib yan yatır,
Yazda gül-çiçəyə batır.
Uca səmaya can atır,
Dərələr dağlar eşqinə.
Göy sularda batmaz gəmi,
Dalğalar onun həmdəmi.
Yetişib şairlik dəmi.
Min dastan bağlar eşqinə.
Dünyanı söz bürüyəcək,
Ayrılıqlar çürüyəcək.
Yolunu düz yürüyəcək,
Sollar da sağlar eşqinə.
Gözlərimdə çən izisən,
Saçlarımda dən izisən.
Sən hamının əzizisən,
Eh, kimlər ağlar eşqinə.
Kayıt Tarihi : 14.7.2023 10:30:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!