Adın gelende Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Adın gelende


Sənin adın gələndə,
Inan, tir-tir əsirəm.
Bu həsrətə,möhnətə
Niyə belə əsirəm.

Ürəyimin atəşi
Tək özümü yandırır.
Səhranın al günəşi,
Od-közümü yandırır.

Alışdıqca bu ocaq
Tüstüsü göz çıxarır,
Görənlər nədən ancaq,
Alovdan söz çıxarır?

Qarşıdakı cığırlar,
Geriyə yol qoymayır.
Hey üstünə çıxırlar,
Bir gizlin kol qoymayır.

Neynəyim ki bu mənəm,
Həm alışan, həm sönən.
Gəl ay mənim bir dənəm,
Gəl ay əhdindən dönən...

Sevinc Arzulu
Kayıt Tarihi : 2.9.2019 07:28:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu