Yol üstdə post görmədim,
Şənimə tost görmədim.
Ətrafda dost görmədim,
Mən bir adamsız adam.
Sərgiləndi xəyalım.
Vüsal oldu məlalım.
Ay mənim cah-cəlalım,
Həsrətinə mən yadam.
Uzaq getmək sevmirəm,
Hicrə yetmək sevmirəm,
Qarğış etmək sevmirəm,
Xara gəlsin qan-qadam.
06.12.2018
Kayıt Tarihi : 6.12.2018 18:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!