Adamlar Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Adamlar


Ömürdən çox adam dolanar, keçər..
Kimi gözümüzə maraq kimidi…
Adam var, sevgisi selə tay olar,
Adam var, ömründə quraq kimidir…
Kimisi göylərdən ulduz tökdürər,
Kimisi utancdan boyun bükdürər,
Adam var, yoluna zülmət çökdürər,
Adam var, ömrünə çıraq kimidi…
Adam var, yanında gözün yol çəkər,
Adam var, arıtək sözdən bal çəkər,
Adam var, ruhuna min sığal çəkər,
Telini oxşayan daraq kimidi…
Adam var, kəssən də ondan ayağın,
Yenə də hər işdə olar dayağın…
Adam var… ha yedir gözünün yağın,
Elə özgə kimi, qıraq kimidi ….
Adam var, çətində çatar dadına,
Adam var, gedərsən onun badına …
Adam var, görməsən düşməz yadına,
Adam var, dilində soraq kimidi ….
Sevgi qazanan var, ya da ki nifrət,
Kimi sərvət yığar, kimisi hörmət,
Ya lənət aparar, ya da ki rəhmət ,
Hamıya bu dünya sınaq kimidi…
Gedənin yerini gələn alacaq…
Guya kim dünyanı tutub qalacaq?!
Sonuncu ünvanı torpaq olacaq,
Hamı bu dünyada qonaq kimidi…

Dr İlhame Müslümova
Kayıt Tarihi : 6.1.2025 19:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Orhan Erdoğan
    Orhan Erdoğan

    Şiir kendini değil tüm yürekleri içine alan dizelerdir. Eminim okuyanlar da kendini şiirde bulmuştur...kutlarım

    Cevap Yaz

TÜM YORUMLAR (1)