Atın yalmanına yatım, yatmayım,
Dalğalar qoynunda batım, batmayım.
Ülvi arzulara çatım, çatmayım.
Gedirəm nabələd adamlar kimi.
Qızıl daş-qaşınla öyünürsən sən,
Zər-ziba içində döyünürsən sən.
Bəzən nöqtə kimi görünürsən sən,
Sahildən ən uzaq adalar kimi.
Uzaqlarda qalan elim-obamsan,
Xəzrim, gilavarım, badi-səbamsan.
Mənim əbədilik Şaxta babamsan,
Yayda bumbuz olan odalar kimi.
Kayıt Tarihi : 1.09.2026 05:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!