Ala gözüm nəmdə idi,
Səbir, dözüm qəmdə idi.
Səsim-sözüm bəmdə idi,
Kim qaldırdı zilə məni.
Indi mənim çəlik dosum,
Demərəm hələlik dostum.
Sevincimə şərik dostum,
Kədərimi bilə mənim.
Ay əzizim, baxış eylə,
Sadə ömrü naxış eylə.
Ulu Tanrım, yağış eylə,
Nə olar, bir gilə məni.
Işıqlı dünyana dönüm,
Al-əlvan boyana dönüm.
Şipşirin röyana dönüm,
Azacıq mürgülə məni.
Az qalıb altmışa dolam,
Qocalıban qarı olam.
Qorxuram ki tezcə solam,
Bənzətməyin gülə məni.
Kayıt Tarihi : 29.8.2021 08:19:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!