Şirin nəğmə oxuyursan,
Güldən çələng toxuyursan.
Gözəl ətir qoxuyursan,
Mənim solmaz bir gülümsən.
Sular selə qarışcaq,
Kür Arazla yarışacaq.
Yəqin bir gün alışacaq,
Ocaqda qalan külümsən.
Peyksən,çıxmısan oxundan,
Onçun fərqlisən çoxundan.
Ayılmamısan yuxudan,
Sən gözləri mürgülümsən.
Əsklik eyləmə çətrini,
Yaz şeirin gözəl sətrini.
Səp aləmə gül ətrini,
Gül-çiçəyə bükülümsən.
Məni əvvəl öyəcəklər,
Mavi-yaşıl geyəsəklər.
Sonra da ki deyəcəklər,
Sevinc,nə qədər zülümsən.
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 15:55:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/10/zulumsen.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!