Arzular,ümidlər hey təzələndi,
Zamanın kələfi hey çözələndi.
Taleyim mənimlə hey məzələndi,
Gözümə illərin zülməti çökdü.
Döyüşkən ruhumdan “Cəngi”yaranıb,
O uca göylərin əngi saralıb.
Hiss etdi,həsrətdən rəngim qaralıb,
Dağlar öz qarını başıma tökdü.
Deməklə ötənlər geri gələndir,
Əlimdən düşməyən təkcə qələmdir.
Gördü iç dünyası dərddir,ələmdir
Dan yeri gecənin bağrını sökdü.
Kayıt Tarihi : 20.6.2018 16:00:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/20/zulmeti-cokdu.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!