Günəş arzusuna çatır,
Sarını qızıla qatır.
Qüssə yatır, kədər yatır,
Saçındakı dən izində.
Ürəyimdə güman yeri,
Sənə yazdım mən bu şeri.
Daha gəlməyirsən.Geri
Çəkilibdir dənizin də.
Ətirsizdir qəlb müşkümüz,
Dağılıbdır qəlp köşkümüz.
Eh, bizim nakam eşqimiz,
Batıb zülmət dənizində.
Kayıt Tarihi : 15.8.2023 09:47:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!