Zordu, dünya Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Zordu, dünya

Dostu xardan seçəmmirəm,
Körpü dardır, keçəmmirəm.
Son zamanlar içəmmirəm,
Suyun yaman şordu, dünya.

Daş yollarda çapmısanmı,
Atına yem tapmısanmı.
Dərd çörəyi yapmısanmı,
Eh, gözlərin kordu, dünya.

Yalanı da düzə billik,
Gözücüyla süzə billik.
Su gələrsə üzə billik,
Hər ağacın dordu, dünya.

Ayrılığa yoxdur tabım,
Bağlanıbdır qəlb kitabım.
Etdiyinin haqq-hesabın,
Təkcə məndən sordu dünya.

Bağdad məşhur oğrusuyla,
Yalanıyla, doğrusuyla.
Sualıyla, sorğusuyla,
Məni yaman yordu dünya.

Gecələri yatammırıq,
Bal röyaya batammırıq.
Sonunacan çatammırıq,
Hər işimiz zordu, dünya.

Insanlığı dandıracaq,
Keçənləri qandıracaq.
Bizi qəfil yandıracaq,
Alışacaq qordu, dünya.

Qara-yaşıl bürüncəklər,
Geyməyir ki ərincəklər.
Ətrafımda hörümçəklər,
Hər tərəfim tordu, dünya.

Quşun gözü dəndə qalır,
Arxın suyu kəndə qalır.
Nə tiksək də səndə qalır,
Eh, sonumuz gordu, dünya.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2022 14:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu