Yerim deyil uzaq bucaq,
Səma mənə açıb qucaq.
Qaladığın bu od-ocaq,
Öləziyib qor olacaq.
Gülüm, olma mənə qənim,
Nə yolkəsən duman-çənim.
Nadan, demə dünya mənim,
Son mənzilin gor olacaq.
Yad tək tutdun o nigarı,
Sandın yoxdur etibarı.
Nə ağlarsan zarı-zarı,
Bir gün gözün kor olacaq.
Qəmin evi soyuq buzdan,
Uzaq dur dərdi sonsuzdan.
Mayası yoğrulub duzdan,
Göz yaşlarım şor olacaq.
Yaşarıq zülmət içində,
Min bir xəyanət içində.
Bu qədər xiffət içində,
Sevinc, işin zor olacaq.
Kayıt Tarihi : 29.6.2018 10:01:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!