Torpaq yeri him alar ki,
Qəmli notu sim çalar ki.
Ayaqüstə kim qalar ki.
Keçdi o zəmanə,keçdi.
Sis- dumanda çay gizlənər,
Göydə ulduz, ay gizlənər.
Oxu atsan yay gizlənər,
Qırılar kəmanə, keçdi.
Qızılgül dərib könlümə,
Ləçəyin sərib könlümə.
Istisi qərib könlümə.
Tüstüsü səmanə keçdi.
04.05.2019
Kayıt Tarihi : 4.5.2019 14:52:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!