Zehra Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Zehra


Körpə şəhidimiz Zəhranın
son görüntülərinə baxarkən...

Qarnını tox istəyirdin,
Göz yaşın yox istəyirdin.
Atanı çox istəyirdin,
Nənən ilə getdin, Zəhra.

Başın üstün çən alıbmış,
Ölümünə an qalıbmış.
Düşmən zalımdan zalımmış,
Səni şəhid etdi, Zəhra.

Həyat narın ələk kimi,
Ömür gedər külək kimi.
Uçub getdin mələk kimi,
Cənnətinə yetdin, Zəhra.
06.07.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu