Keçmişini kim daşlayır,
Sonra gözünü yaşlayır.
Azərbaycandan başlayır,
Tarixin zəfər yolları.
Qanlı çöllər viranədir,
Hərb istəyən divanədir.
Qırx dörd günlük salnamədir,
Tarixin zəfər yolları.
Nur şüası çay tək axır,
Çün səmadan ruhlar baxır,
Şəhid məzarına çıxır,
Tarixin zəfər yolları.
Kayıt Tarihi : 1.8.2025 06:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!