Zarafat (hekayə)
Bu oğlanın bir zarafatı vardı. Mühazirələrdə müəllimi dinləmək əvəzinə auditoriyalardakı qızları müşahidə edər, onları özünün möhtəşəm hesab etdiyi zarafat obyektinə çevirərdi. Qaraladığı qıza tənəffüsdə yaxınlaşıb, səsinə mistik bir ifadə verməyə çalışaraq: “Mən səni istəyirəm...” – deyər, mənalı nəzərlərini qıza tuşlayıb gözləyərdi. Pauza çox vacib idi. Bu mənayla dolu pauza məcbur edirdi ki, qız qızarsın, ürəyi guppultuyla döyünsün, ağlından nişan, toy, südəmər körpə mənzərəsi kosmik sürətlə keçsin... Duyğulanmış qız buludlara pərvazlanıb uçmaq istəyən an oğlan soyuqqanlıqla: “...qrupumuzdan qovum!” – deyə sözünü tamamlayar, çaşmış qızın üzünə hırıldayaraq, onun göz yaşlarından həzz alardı. Düşmənlərinin siyahısına bir . ad da əlavə olunardı.
Artıq birinci-ikinci kursun bütün qızları oğlanın gic zarafatından xəbərdar idi. Qızlar onu düşmən elan etmiş, ona qarşı sələb yürüşünə başlamışdılar. İmtahanlarda oğlana mane olur, cib telefonundaki nömrələrin rəqəmlərini dəyişdirir, onun adından ən qəzəbli müəllimlərə mesajlar yazırdılar. Oğlan bu qızların arasında tora düşmüş timsah idi, qoz boyda göz yaşı töksəydi, heç kim acımayacaq, əksinə, “əcəb olur sənə!” deyəcəkdilər. İncidilmiş qızların intiqam dərəcəsi hamıya məlum...
Zarafat etmək, qızların göz yaşlarını görmək həvəsi oğlanı hər gün qıcıqlandırırdı. Artıq yuxusa da pozulmuşdu. Əgər yaxın bir-iki gündə zarafat . etməsəydi, deyəsən, ölərdi, bu qədər zarafat dəlisi idi o. Amma kursda zarafat ediləsi qız qalmamışdı. Yuxarı kurslara girişməyə isə özü risq etmirdi, çünki o biri kursların oğlanları qısqanccasına oğlanın hər hərəkətinə fikir verir, hər addımını izləyirdilər. Onlar üçün oğlanı şil-küt edib, dilini kökündən qoparmaq bir içim su kimi asandı.
İçindəki acı qıcıqlanmadan dəli olmaq dərəcəsinə gəlmiş oğlan küçəyə çıxdı. Qonşunun 16 yaşlı abituriyent qızı hazırlıqdan qayıdırdı. Qız qalın şüşəli eynəyinin altından dalğın-dalğın oğlana baxdı, deyəsən, tanımadı, ya da beynindəki düsturlara o qədər aludə olmuşdu ki, heç kimə fikir vermirdi. Oğlan qızın dalınca baxıb tüpürdü: “Bu da özünü adam sayır... Nə döşü var, nə g...”.
Amma qız oğlanın ağlından çıxmırdı. Əsil zarafat ediləsi obyekt idi. Nə onu ağladardım... Onda bilər, salamsız mənim yanımdan keçmək nə deməkdir...
O masal dağında ünleyen gazal
Güz ve hasret yüklü akşam bulutu
Güz ve güneş yüklü saman kağnısı
Babamdan duyduğum o mahzun gazel
Ahengiyle dalgalandığım harman
Bu şiir ile ilgili 0 tane yorum bulunmakta