Zanbaq-zanbaq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Zanbaq-zanbaq

Bilmədiyin yad diyara gedirsən,
Soyuq qütbə, şaxta-qara gedirsən.
Üz tutub da namərd xara gedirsən,
Mən yolundan qovaq-qovaq çəkildim.

Ayrılığa yazıq qəlbim tox imiş,
Dərdi-qəmi qədərindən çox imiş.
Zalımları vuran əlim yox imiş,
Dava düşdü, qorxaq-qorxaq əkildim.

Kimdir səni kölgəsinə yamayan,
Varlığını toz qədəri saymayan.
Ümid etdim, ucalaram səmaya,
Yer titrətdi, torpaq-torpaq çöküldüm.

Təkcə səni taleyim sanar idim,
Sənsizlikdən üşüyüb donar idim.
Gəncliyimdə yamyaşıl çinar idim,
Tufan qopdu, yarpaq-yarpaq töküldüm.

Özün saldın özgələrə meyl ki,
Dolaşıb da gəzdin bivec,veyl ki.
Nərgiz-nərgiz açılmışkən, heyf ki,
Hicran üzdü, zanbaq-zanbaq büküldüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.5.2025 06:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!