Zamin olmadı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Zamin olmadı

Çətinliyə sinə gərdim,
Önündə ər oğlu ərdim.
Əziz dostum,mənim dərdim,
Qəmin olmadı, olmadı.

Həyatın çox özəl keçdi,
Şeir keçdi,qəzəl keçdi.
Uşaqlığın gözəl keçdi,
Kəmin olmadı, olmadı.

Nə var zülmətdən qaçmağa,
Ya günəş tək nur saçmağa
Məhəbbətdən söz açmağa,
Zəmin olmadı, olmadı.

Gah vuruldun qağayıya,
Gah gördüyün ağ ayıya.
Möhtac oldun bir qayığa,
Gəmin olmadı, olmadı.

Yaman düşüb gözü sənə,
Od salacaq közü sənə.
Deyən tale özü sənə,
Əmin olmadı, olmadı.

Nifrətimi PUA etdim,
Gülləsini şüa etdim.
Eh, nə qədər dua etdim,
Amin olmadı, olmadı.

Eh, ay Sevinc, azca danış,
Olacaqlar sənə tanış.
Düşdüm borca.Nə dost, tanış
Zamin olmadı, olmadı.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 08:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu