Fərəhdən yarıtox, qəmdən yarı ac
Qızıldan olmasa parlayarmı tac.
Sən mənə möhtacsan, mən sənə möhtac,
Zalım analığın amanı kimi.
Yolumun üstündə ayrılıq durub,
Bizi ayırmaqçun min plan qurub.
Yenə də vüsalla aramı vurub.
Dünyanın idbarı, yamanı kimi.
Solan qızılgülü qoxlamaq olmur,
Hicranı qəlbindən oxlamaq olmur.
Sevgini əbədi saxlamaq olmur,
Ömrün ötüb keçən zamanı kimi.
07.07.2015
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 06:29:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/08/zamani-kimi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!