Hər görüş bir təntənədir,
Göz yaşları ənənədir.
Ümidim təkcə sənədir,
Sən mənim uman yerimsən.
Məni tək qoysa Allahım,
Dünyanı bürüyər ahım.
Sən ümidim, sən pənahım,
Sən mənim güman yerimsən.
Ürək çətin hicrə dözə,
Həsrət dönür qara közə.
Çox vaxt görünmürsən gözə,
Sən mənim duman yerimsən.
Sən sədasan, mən hənirəm,
Uca dağsan, söykənirəm.
Təkcə sənə güvənirəm,
Sən mənim aman yerimsən.
Ürəyimdən keçdi nələr,
Rəvayətlər, əfsanələr.
Sənlə bağlı xatirələr,
Sən mənim zaman yerimsən.
Sənsiz gör necə ölmüşəm,
Sirrimi ayla bölmüşəm.
Pirsən, səcdənə gəlmişəm,
Sən mənim iman yerimsən.
Sanırdım ki bal dadıram,
Öz tamıma aldanıram.
Təkcə səndə daldanıram,
Sən mənim liman yerimsən.
Kayıt Tarihi : 27.10.2023 09:18:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!